Deputatın Mehman Hüseynovla müsahibəsində dediklərinə İntizam Komissiyasında baxılacaq
Aprelin 16-də bloger Mehman Hüseynov deputat Vahid Əhmədovla müsahibəsini təqdim edib. Müsahibədə ölkədəki sosial problemlər başda olmaqla bir çox mövzulardan danışılıb.
RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bugünki iclasında Vahid Əhmədovun verdiyi müsahibəyə görə İntizam Komissiyasında müzakirəyə çıxarılması təklif olunub.
Deputat Fəzail Ağamalı deputat həmkarı Vahid Əhmədov barəsində deyib ki, onun verdiyi müsahibə dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpdi.
Fəzail Ağamalı qeyd edib ki, onu narahat edən əsas məsələ millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir: “O, ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.
Deputat Vahid Əhmədov isə qeyd edib ki, hər zaman dövlətin yanında olub, dövlətçilik mövqeyini müdafiə edib, yenə də müdafiə edir: “Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın, etiraz etmirəm, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram”.
Trend yazır ki, Milli Məclisin sədri Sahibə Qafarova isə məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılmasını tapşırıb.
“İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.
Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2023, 12:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?