Aptekdə 20 qəpiyə satılan maska xaricdən 4 qəpiyə gətirilir
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 66 000 ədəd tibbi maska gətirilib.
İdxal olunan tibbi maskanın dəyəri 152 min dollar olub.
Ölkəyə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 2,3 sent və ya mövcud məzənnə ilə 3,9 qəpik olub.
Müqayisə üçün bildirək ki, 2 il əvvəl – koronavirus pandemiyasının geniş şəkildə yayıldığı 2021-ci ilin eyni dövründə ölkəyə xaricdən 30 milyona yaxın maska gətirilib. O zaman ölkəyə gətirilən maskanın 1 ədədinin gömrük dəyəri 3,1 sent və ya 5,2 qəpik olub.
Rəqəmlərdən də göründüyü kimi, maskanın dəyəri 25% ucuzlaşıb. Lakin, bu ucuzlaşma apteklərdə satılan maskaların qiymətində müşaidə olunmur. 2 il əvvəl olduğu kimi, tibbi maskalar yenə də 20 qəpiyə satılır.
Onu da bildirək ki, ölkədə tibbi maska istehsalı da kəskin azalıb. Bu ilin ilk 3 ayında Azərbaycanda cəmi 200 min ədəd tibbi maska istehsal olunub. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 3 ayında ölkədə 7,2 milyon ədəd maska istehsal olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-04-2023, 13:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?