Səfər Mehdiyev bu rəqəmləri hardan almışdı? - FAKT
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin daha bir YANLIŞI ortaya çıxıb. Hər halda, DGK sədrinin keçən il KİV qarşısında söylədiyi rəqəmlərin reallıqdan uzaq olmasını mədəni formada bu şəkildə təqdim etmək olar. Maraqlı orasıdır ki, bu dəfə DGK sədrinin yanlışını mətbuat yox, elə DGK-nın özü tərəfindən açıqlanan rəqəmlər ortaya çıxarıb.
DİA.AZ xatırladır ki, keçən ilin noyabrında Dövlət Gömrük Komitəsinin (DGK) sədri keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ölkəyə gətirilən "Hybrid" nəqliyyat vasitələrinin mühərriklərinin həcmi 1500-2000 sm2 təşkil edir və onlara tətbiq edilən gömrük rüsumu 600-700-1500 manatdır. "Hybrid" maşınlar üçün minimal məbləğdə olan gömrük rüsumunun ləğvi məqsədəuyğun deyil.
Qeyd edək ki, həmin ərəfədə də Səfər Mehdiyevin açıqladığı rəqəmlərə yerli ekspertlər tərəfindən etirazlar gəlmişdi. Məsələn, vergi eksperti Vəli Əliyev Səfər Mehdiyevin açıqlamasında səsləndirdiyi vergi məbləğlərinin doğru olmadığına işarə edərək bunları demişdi:
"Səfər müəllimin diqqətinə: 1-ci idxal olunan nəqliyyat vasitəsinin "Hybrid" və ya daxili yanma mühərriki olmasından asılı olmayaraq idxal vergi və rüsümları dəyişilməzdir. 2-ci 600-700 manat dediyi aksiz vergisidir. Üçüncü 10000 dollar dəyərində 1700 sm3 mühərriki olan nəqliyyat vasitəsinin idxalı zamanı tutulan cəmi vergi və gömrük rüsumlarının məbləği istehsal tarixi 1 ilədək olduqda təqribən 6261 manat, istehsal tarixi 1 ildən çox olduqda 7966 manat təşkil edir”.
Mövzu ilə əlaqədar iqtisadçı Rövşən Ağayev isə bildirmişdi ki, hətta elektromobilləri də tam vergidən azad rejimə keçirməyə ürəkləri gəlmir: “Onlar ƏDV-dən azaddır, amma 15%-lik idxal rüsumuna cəlb edilir. Hökumət ən azından elektromobilləri və hibrid maşınları heç olmazsa 5 illik müddətə 0% vergiyə rejiminə keçirməli idi. Mühərrikinin həcmi 1500 sm3-u ötməyən daxili yanma mühərriki ilə işləyən minik avtomobilləri də istismar müddəti 3 ili ötmədikdə ən azından indiki ilə müqayisədə 2 dəfə az vergi ödəmək imkanı tanınmalı idi. Yəni 7 ildən çox istismar müddəti olan avtomobillərin idxalı qadağan olunan ölkədə mən deyən addımlar atılmalıdır”.
İndi isə DGK tərəfindən bu ilin yanvar-fevral ayları ilə bağlı hesabat açıqlanıb. Hesabatda deyilir ki, Azərbaycana xaricdən 11 min 547 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. DİA.AZ bildirir ki, yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu, 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 6 min 378 ədəd və yaxud 2,2 dəfə çoxdur.
Hesabat dövründə 10 min 717 ədəd adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri, 64 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 741 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 25 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Bunlardan başqa ilin ilk 2 ayında daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) 1 273, yalnız elektrik mühərriklə hərəkətə gətirilən (elektromobil) 9 nəqliyyat vasitəsi idxal olunub. Müqayisə üçün bildirək ki, hibrid avtomobillərin 659-u yanvar, 614-ü isə fevral ayında idxal olunub. Elektriklə işləyən avtomobillərin isə 7-si yanvar, 2-si fevral ayında Azərbaycana gətirilib.
Onu da qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə gətirilən hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 250 dollar (8 920 manat), elektriklə işləyən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri isə 10 040 dollar (17 070 manat) olub.
Yəni bu rəqəmlər də təsdiqləyir ki, DGK Səfər Mehdiyev yox, ekspertlər doğrusunu söyləmişdi. Hər halda, DGK sədrinin öz işindən belə bu qədər məlumatsız olması gömrük sistemindəki keyfiyyətsizliyin əsas şərti kimi də qəbul edilə bilər...
Paylaş:
Müəllif : Yazar
Tarix:18-03-2020, 13:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-03-2020, 13:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:13
Ekspertdən Emin Əmrullayev və Məleykə Abbaszadəyə MÜRACİƏT: - "II ixtisas qrupundan ümumi tarix fənni ÇIXARILSIN"
Bu gün, 12:46
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar
Bu gün, 12:23
Azərbaycanda «Green card» udmaq asandırmı? Azərbaycanda «Green card» udmaq asandırmı? İndiyədək neçə nəfər udub? – İLLƏR, SAYLAR
Bu gün, 12:17
"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relaxs" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub
Bu gün, 12:10
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
Bu gün, 12:07
Masallı rayon icra məmuru Bəhruz İbayev "Aliment" verməyən həmkəndlisini himayə edir - Nazirə muraciət olundu
Dünən, 08:11
OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət
4-05-2024, 11:01
Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub
4-05-2024, 10:55