Həbsdə olan qazini vəzifəli şəxslər işgəncə ilə öldürüb?
Salyan rayonunda məhkumun cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
RegionXəbərləricom.az Qafqazinfo”ya istinadən xəbər verir ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluq cinayətini törətməkdə təqsirli bilinərək bu ilin yanvar ayında məhkəmə hökmü ilə 3 il 6 ay müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilib. Fevral ayının əvvəlində o, Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib və 28 fevralda orada ölüb.
S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalması bildirilib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, prokurorluq orqanları baş vermiş hadisə barədə məlumatlıdır:
“Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam edir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2023, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?