Hər il Naxçıvana ad gününə gedirdilər, amma bu il...
14 yanvar… Bu gün çoxumuza sıradan bir tarix kimi görünə bilər. Ancaq taxtından salınmış Vasif Talıbov üçün yanvar ayının 14-ü heç də adi bir gün deyil. Məhz bu gündə Talıbov dünyaya göz açıb.
1995-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçildikdən sonra isə Talıbov üçün yanvar ayının 14-ü günü ikiqat əlamətdar olub. Belə ki, keçmiş “xan” hər il ad gününü həm də vəzifə başında keçirməklə xüsusi zövq alıb. Bahalı hədiyyələr, günlərlə davam edən ziyafətlər, şərəfə deyilən “tost”lar Talıbovun əlamətdar gününü daha da özəlləşdirib. Ancaq “ad günü” məclisləri bununla da yekunlaşmayıb. Bakıdan birbaşa reyslə Naxçıvana uçan məmurların Vasif Talıbovun ad günü münasibəti ilə düzənlənən məclislərdə mədhiyyələr söyləməsi, bahalı hədiyyələr təqdim etməsi keçmiş “xan”ı bir az da qürrələndirib.
Vasif Talıbovun məclislərinə yalnız ona ən yaxın olan məmurlar dəvət alıb. Həmin şəxslər Naxçıvana AZAL-ın resyi ilə uçaraq ad günündə iştirak ediblər. Bu məmurların siyahısı təbii ki, AZAL və onun rəhbəri Cahangir Əsgərova daha yaxşı məlumdur. Konkret.az araşdırma aparıb hər il Talıbovun ad günü məclisində iştirak etmək üçün Naxçıvana uçan məmurlardan birinin adını dəqiqləşdirə bilib.
Məlum olub ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA) İsa Həbibbəyli hər il yanvarın 14-də Naxçıvana bahalı hədiyyələrlə uçub və Talıbovu təbrik etməyə tələsib. Onun şəninə özəl “tost” söyləmədən Bakıya qayıtmayıb. Ancaq təbii ki, İsa Həbibbəyli təyyarədə tək olmayıb.
Məlumat üçün bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı da Talıbova ən yaxın olan məmurlar sırasında hallanır. Ancaq onun keçmiş “xan”ın ad günü məclislərində iştirak edib-etmədiyi haqda dəqiq məlumat yoxdur.
Beləliklə yanvar ayının 14-ü Vasif Talıbov üçün əvvəlkilərdən kəskin fərqlənir. Artıq o, Naxçıvan Ali Məclisinin sədri deyil və “xan” titulunu da itirib. Üstəlik, başı dərddə olduğundan yəqin ki, heç ad günü də yadına düşmür. İndi onu təbrik etmək üçün “məmur dost”ları da Naxçıvana uçmaq uğrunda növbəyə düzülməyib.
Əksinə bir vaxtlar şəninə təriflər yağdıran həmin məmurlar hazırda Talıbovun qanunsuz əməllərindən ağız dolusu danışırlar. Necə deyərlər, “çərxi fələk tərsinə çönüb”. İndi Talıbovlar ailəsinin ad günü təbriklərindən daha çox duaya ehtiyacı var. Bəlkə canlarını dəmir barmaqlıqlar arasında keçirməkdən qurtara bildilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-01-2023, 08:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO