Misir Mərdanov Vasif Talıbovla bağlı bu iddianı təkzib etdi
“Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm”.
Bunu Modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib.
O, Naxçıvan Ali Məclisinin eks-sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.
“Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur”, - Misir Mərdanov əlavə edib.
Qeyd edək ki, ötən gün Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun diplomunun saxta olduğu deyilir. Məlumata görə, o, BDU-da hüquqşünaslıq ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə ali məktəbi bitirib. V.Talıbov həmin illərdə Azərbaycan Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.
İddia olunur ki, V.Talıbov saxta diplomu M.Mərdanovun rektor işlədiyi dövrdə alıb
Paylaş:
Müəllif : Fuad
Tarix:22-12-2022, 20:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO