40 manata satdığı bazarın müdirindən 218 min manat rüşvət alıbmış
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə araşdırılan iş üzrə şahid ifadələrinin dinlənilməsinə başlanılıb.
Prosesdə “Ağstafa Su Tikinti” ASC, Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verib.
İttihama görə, Vaqif Məmmədov Şəmkir şəhərində abadlıq işlərinin görülməsi, xidmət üzrə ümumi himayədarlıq üçün Alimpaşa Məmmədova 218 min 116 manat rüşvət verib.
Alimpaşa Məmmədov həmin məbləği köməkçisi Mahir Əliyevin vasitəsilə öz xidməti otağında alıb.
Şahidin məhkəmədəki ifadəsindən o da məlum olub ki, “Şəmkir Səbəti” bazarının paylarının bir hissəsi oğlu Orxan Məmmədliyə məxsusdur. Digər hissələr isə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyev arasında bölüşdürülüb.
İttihamda Alimpaşa Məmmədovun həmin bazarı sözügedən şəxslərə cəmi 40 manata satdığı qeyd olunub.
Vaqif Məmmədov ifadəsində bazarın tikinti işlərinin 90 faizini onun şirkətinin apardığını deyib.
Proses dekabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-12-2022, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO