Polis videosunu çəkdiyinə görə vətəndaşı döyüb? - Açıqlama
Ağdaş rayon sakini rüşvət alanda polisi kameraya çəkdiyi üçün döyüldüyünü iddia edib.
Bu barədə Oxu.az-a vətəndaş Mahmud Cahangir Əziz oğlu müraciət ünvanlayıb.
O iddia edib ki, Ağdaş Rayon Polis Şöbəsinin inzibati ərazi üzrə sahə rəisi polis leytenantı Afiq Abuşov və polis serjantı Elçin Cəfərov rayon daxilində yerləşən kənd təsərrüfatı məhsullarının satıldığı bazarda rayon sakinlərindən qanunsuz olaraq rüşvət yığıblar:
“Mən onların bu əməlini ifşa etdiyim üçün məni evimdə hədələdilər ki, videonu silim. Daha sonra da şöbəyə aparıb ayağıma ardıcıl zərbələr endirdilər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirib ki, Ağdaş rayon sakini Mahmud Cahangirə qarşı rayon polis şöbəsində fiziki güc tətbiq edilməsi iddiaları ilə bağlı adları qeyd olunan polis əməkdaşları barəsində xidməti araşdırma aparılıb:
“Lakin qeyd olunanlar öz təsdiqini tapmayıb. Eyni zamanda, M.Cahangir özü də bu barədə rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluqda müraciət əsasında araşdırma aparılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsinə əsasən, vətəndaşa dərəcəsi təyin edilməyən xəsarətin polis əməkdaşları tərəfindən yetirilməsi faktı təsdiqini tapmayıb”.
“Mahmud Cahangirin kim tərəfindən döyüldüyünü müəyyən etmək, həmin şəxs və yaxud şəxslərin barəsində qanuni tədbir görülməsi məqsədilə rayon prokurorluğunda toplanmış materiallar araşdırılması üçün polis şöbəsinə göndərilib. Hazırda da iş üzrə araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.
DİN polisin rüşvət alması barədə iddiaya da cavab verib:
“Meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslərə qarşı qanunsuz tələblər irəli sürülməsi barədə iddialar isə əsassızdır, sadəcə olaraq rayon ərazisində qanunsuz küçə ticarətinə qarşı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirilib, xəbərdarlıqlara məhəl qoymayanlar barəsində inzibati tənbeh tədbiri görülür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2022, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO