reklam
Regionxeberlericom.az » Araşdırma » “Krıma iranlı mütəxəssislər göndərilib” – ABŞ kəşfiyyatı

reklam

“Krıma iranlı mütəxəssislər göndərilib” – ABŞ kəşfiyyatı

















ABŞ rəsmiləri deyirlər ki, İran  Rusiya ordusuna təlim keçmək və rusların Ukraynaya hücumu zamanı istifadə etdiyi kamikadze dronları saxlamaq üçün ilhaq edilmiş Krıma ekspertlər göndərib.

ABŞ kəşfiyyatı, onlarda Krımda rus hərbçilərinə döyüş pilotsuz təyyarələrini idarə etməyi öyrədən iranlı mütəxəssislərin, eləcə də bu pilotsuz təyyarələrə qulluq etmək üçün İrandan gələn mühəndis personalının olması barədə məlumat olduğunu açıqlayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi xəbəri BBC-ə təsdiqləyib.

"Tehran indi müharibədə birbaşa iştirak edir: Ukraynada mülki əhaliyə və mülki infrastruktura zərbə vuran silahların tədarükü ilə. Birləşmiş Ştatlar bu sursatların İran tərəfindən Ukrayna xalqına qarşı tədarükünü ifşa etmək və pozmaq üçün bütün vasitələrdən istifadə edəcək. Biz həm Rusiya, həm də İranın silah ticarətinə qarşı yönəlmiş bütün Amerika sanksiyalarını fəal şəkildə tətbiq edəcəyik”, - Kirbi bildirib.




Paylaş:


Müəllif : Tarix:
21-10-2022, 16:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər