reklam
Regionxeberlericom.az » Araşdırma » Naxçıvanda polis adını UCUZ TUTURLAR - İLGİNC FAKTLAR

reklam

Naxçıvanda polis adını UCUZ TUTURLAR - İLGİNC FAKTLAR


















Naxçıvan MR Orta İxtisas Polis Məktəbinin rəis müavini Fariz Nəsirovun sayəsində kursantlar bir-birinə qarşı “işverənlik” edirlər. DİA.AZ xəbər verir ki, ovqat.com-a Naxçıvandan göndərilən şikayət məktubunda belə deyilir.

Məktubdan belə anlaşılır ki, hər il 30 kadr “istehsal edən” bu tədris müəssisəsində kursantlara gerçək mənada mənimsədilən nadir “qabiliyyət”lərdən biri elə budur. Digəri isə yaxşı söyüş söymək məziyyəti. Çünki sözügedən polis məktəbində formal olaraq keçirilən digər dərsləri nə bilən müəllim var, nə də həmin fənnləri qavrayacaq kursant. Məktəbin də kursantlardan elə bir tələbi yoxdur.

Sözü çox uzatmadan məktubu kiçik redaktə fərqilə oxucuların diqqətinə çatdırırıq:

“Polis Məktəbinə kursant seçimi düzgün edilmir. Belə ki, bu təhsil ocağına sənəd verən abituriyentlərin savadları və fitri istedadları formal olaraq yoxlanılır. Seçimlər də buna uyğun şəkildə formal aparılır. Məktəbə hər il 100 nəfərə yaxın namizəd sənəd verir, 30 nəfəri isə qəbul olur. Lakin həmin 30 nəfərin 25-i polisə yararlı kadrlar deyil. Təbii ki, savaddan ümumiyyətlə söz gedə bilməz. Hətta elə kursantlar var ki, sözün əsl manasında öz ad və soyadlarını yaza bilmirlər. Bundan əlavə məktəbdə tədris prosesində də formalizm pik həddədir. Məktəbin rəisi polis polkovniki Kamil Məmmədəliyev və rəis müavini polis mayoru Fariz Nəsirov nəinki bizim təhsil almağımıza çalışırlar, əksinə, mane olurlar.

Soruşa bilərsiniz ki, bu maneələr hansı şəkildə özünü büruzə verir?

Çox sadə şəkildə. Kamil Məmmədəliyevin və Fariz Nəsirovun göstərişi ilə məktəbdə dərs deyən müəllimlər oxuyub-oxumayan hər kəsə yüksək qiymət yazırlar. Yəni ki, bu gün mən dərslərimi oxuyaraq yüksək bal alıram. Amma başqa kursantlar kitab üzü açmamalarına rəğmən onlar da eyni qiymətə layiq görülürlər. Kamil Məmmədliyev və Fariz Nəsirov bunun Daxili İşlər Naziri Rəşad İsmayılovun göstərişi olduğunu bildirirlər. Dediklərinə görə, nazir Rəşad İsmayılov göstəriş verib ki, nə olursa olsun məktəbin göstəriciləri yüksək görünməlidir. Kamil Məmmədəliyev və Fariz Nəsirov isə məcburən məktəbin göstəricisini yüksək tuturlar. Bu isə savadsız polis ordusunun yetişməsinə səbəb olur. Hətta imtahanlar zamanı Kamil Məmmədəliyev və Fariz Nəsirov müəllimlərə kursantların heç birini imtahandan kəsməmək tapşırığı verirlər. Tələb olunan suallara ətraflı cavab verən də yüksək qiymət alır, heç bir cavab verə bilməyən də. Azərbaycan rəhbərliyi bunu təsbit etmək istəsə, (Kursantın bu ümidini qırmaq ən böyük cinayətdir - Ovqat.com) məktəbdə keçirilən imtahanların nəticələrini və tədris jurnallarını nəzərdən keçirməsi kifayətdir.

Ən dəhşətlisi budur ki, Fariz Nəsirovun yürütdüyü siyasət nəticəsində kursantlar bir-birinin “işverəni” işləyirlər. Əslində Fariz Nəsirovdan başqa nəsə gözləmək də olmaz. O, heç bir savadı olmayan şəxsdir, buna baxmayaraq Orta İxtisas Polis Məktəbinin tədris üzrə müavinidir. Bu gün siz Fariz Nəsirovdan “Polis” anlayışını soruşsanız təbii ki, heç bir cavab verə bilməz.

Fariz Nəsirov tək bildiyi bir şey var: kursantlarla yüksək tonda danışmaq. O, kursantlarla danışıq zamanı tələbələrini vurmaqla, döyməklə, yerdə sürüməklə, başını partlatmaqla hədələyir. Təbii ki, bu hədələr zamanı nalayiq ifadələr işlətməkdən də çəkinmir. Orta məktəbi yenicə bitirmiş, həyat təcrübəsi olmayan kursantlar bəzi mürəkkəb mənalı söyüşləri ilk dəfə Fariz Nəsirovdan eşidirlər. O, sıra düzülüşləri zamanı kursantları çox pis küçə söyüşləri ilə təhqir edir.

Kamil Məmmədəliyev və Fariz Nəsirovun məktəbdə sıradan çıxan əmlakın pulunu kursantlardan alırlar. Bu yaxınlarda məktəbin komputerində nasazlıq yarandığı üçün 60 nəfər kursantdan pul topladılar. Pulu toplayarkən Kamil Məmmədəliyev bu məsələni Daxili İşlər naziri Rəşad İsmayılova məruzə etdiyini və onun göstərişi ilə pulun yığıldığını bildirdi”.




Paylaş:


Müəllif : Tarix:
11-06-2022, 08:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər