reklam
Regionxeberlericom.az » Araşdırma » Lənkəranda polislər tələbəni döyüb? - DİN-dən Açıqlama

reklam

Lənkəranda polislər tələbəni döyüb? - DİN-dən Açıqlama

















Lənkəranda 17 yaşlı kollec tələbəsinin polislər tərəfindən döyüldüyü iddia olunub. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb. Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb. Tələbə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Qafqazinfo"ya bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran ŞRPŞ-nin əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində  dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z-nin nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər: "Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət etdikdə isə onlar polis əməkdaşları ilə mübahisə edib, həmçinin Z.Z nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran ŞRPŞ-yə gətirilən hər iki şəxs barəsində İnzibati Xətala Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar. Z.Z-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə bildiririk ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".



  








Paylaş:


Müəllif : Tarix:
2-06-2022, 17:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər