reklam
Regionxeberlericom.az » Araşdırma » “Əl-Cəzirə” telekanalı Tərtərdən növbəti reportajı yayımladı

reklam

“Əl-Cəzirə” telekanalı Tərtərdən növbəti reportajı yayımladı


“Əl-Cəzirə” telekanalı Azərbaycanın Tərtər rayonundan növbəti reportajı yayımlayıb.
Kanalın cəbhə bölgəsinə ezam olunmuş müxbiri rayon sakinlərindən birinin həyətində çəkiliş aparıb.
Reportajda deyilir ki, ev ermənilərin ağır artilleriya hücumu nəticəsində dağılıb. Evin sakinləri isə müvəqqəti olaraq yaxınlıqdakı məktəb binasına sığınıblar.
Rayonda məskunlaşmış məcburi köçkünlərdən müsahibələr də yer alıb. Bildirilir ki, doğma torpaqlarımız 30 ildir Ermənistanın işğalı altındadır.
Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan hücumları nəticəsində Tərtərdə xeyli ailənin evlərinə ziyan edib. Buna baxmayaraq onlar öz yaşayış yerlərini tərk etmirlər.
Reportajda Azərbaycanın mülki əhalisinin, mülki obyektlərinin hədəfə alındığı, məktəblərin, evlərin, hətta xəstəxanaların zərər gördüyü, onlarla ölən və yaralananların olduğu qeyd edilir. Sakinlər isə deyirlər ki, ermənilərin hücumları onları qorxutmur.
Ümumiyyətlə, azərbaycanlıların əhval-ruhiyyəsinin yüksək olduğu, yüzlərlə gəncin orduya yazıldığı diqqətə çatdırılır.




 


Paylaş:


Müəllif : Tarix:
3-10-2020, 13:30
Sikayət   


loading...
Загрузка...