Qida məhsullarından nümunələr laboratoriyaya göndərildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.
AQTA-dan bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, dünən “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb. Zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdirilib. Zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra zərərçəkmiş şəxslər evlərinə göndərilib. /APA
Paylaş:
Müəllif : Fuad
Tarix:13-09-2020, 21:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-09-2020, 21:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:22
Dünən, 11:59
Dünən, 08:52
22-08-2025, 20:06
22-08-2025, 09:44

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"