16 milyonluq mənimsəmədə ittiham olunan Ramin İsayevin məhkəməsi başladı
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə başlayıb.
RegionXəbərləricoma.z APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.
Qapalı keçirilən prosesdə anket məlumatları yoxlanılıb.
Prosesdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib.
İş üzrə baxış iclası avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Ramin İsayev 16 milyonluq mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri üzrə ittiham verilib.
R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2024, 20:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib