reklam
Regionxeberlericom.az » Qanunsuzluqla üzləşən Ucar rayon sakini Prezidentə müraciət etdi-ŞİKAYƏT

reklam

Qanunsuzluqla üzləşən Ucar rayon sakini Prezidentə müraciət etdi-ŞİKAYƏT
















Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

 Ucar rayonu Xalac kənd sakini Qasımov Alim Əlimürsəl oğlu tərəfindən 

 MÜRACİƏT

Ailəliyəm, bir övladım var. Anam, həyat yoldaşım və övladım olmaqla ailəm 4 nəfərdən ibarətdir. 3 hektar pay torpaq sahəmiz var. Rəsmi qaydada işləyənimiz yoxdur. Pensiya, ünvanlı sosial yardım, təqaüd və sosial müavinət almırıq. İri və xırda buynuzlu heyvanımız yoxdur. Ancaq qazanc yerimiz həmin 3 hektar pay torpaq sahəsindəndir.Bu pay torpaq sahəsindən gələn gəlir ilə yaşamaq çox çətindir. Yəni bu torpaq sahəsi ailəmi qazancla təmin etmir. Dolanışığımız ağır vəziyyətdədir.

Özünüməşğulluq proqramından  yararlanaraq inək heyvanı almaq məqsədi ilə 2021-ci ilin yanvar ayından Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsinə müraciət edərək qeydiyyatdan keçmişəm.  Özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxs kimi Agentliiyin əməkdaşları tərəfindən 24-ü aprel 2022-ci il tarixində qeydiyyata alınmışam. Lakin biznesin təşkili ilə bağlı kurslara cəlb olunmaq üçün dəfələrlə  Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsinə müraciət etsəmdə məni süründürürlər. Məndən sonra qeydiyyatdan keçənlər təlim kurslarına cəlb olunublar. Sonuncu dəfə Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsində olanda, mənə sual verdilər ki, «Sən hələ təlim kurslarına cəlb olunmamısan?»

Ailəm yoxsulluq səviyyəsindən aşağı yaşayır. İş tapa bilmirik.Eyni zamanda özünüməşğulluq proqramından yararlana bilmirik. İki ilə yaxındır ki, qeydiyyata alınmışam.Daha nə qədər gözləyim? Bu proqramdan imkanl, həyətində maşını, malı-qarası olanlar yararlanır.Yerində yoxlanılarsa bu qeyd etdiyim faktlar öz təsdiqini tapacaq.

Ailəmin faktiki olaraq pay torpağı var. Həyətimizdə böyük tövləmiz var. Amma yuxarıda qeyd etdiyim kimi özünüməşğulluq proqramından yararlana bilmirik.İndidə Ucar Rayon Məşğulluq İdarəsindən mənə deyirlər ki, «Sən hələ təlim kurslarına cəlb olunmamısan?»

Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz. Özünüməşğulluq proqramından yararlanmaq üçün mənim təlim kurslarına cəlb olunmağıma və heyvan verilməsinə köməklik edəsiniz.

RegionXəbərləricom.az


 





Paylaş:


Müəllif : Tarix:
29-08-2022, 15:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər