"İRAN BUNU ETSƏ SAĞ QALACAQ, ETMƏSƏ..." - Jirinovskidən Tehrana çağırış

General Qasım Süleymaninin qətlindən sonra rusiyalı siyasətçi Vladimir Jirinovski İrana "Liviya ssenarisi"nin təkrarlanmaması üçün ərazisində Rusiya bazasının yerləşdirilməsi barədə düşünməyi təklif edib. Virtualaz.org bildirir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri öz Teleqram-kanalında yazıb.
V.Jirinovski bildirib: “Qasım Süleymaninin qətlə yetirilməsinin əsas səbəbi İran və İraq şiələri arasında nifaq salmaq və beynəlxalq ictimaiyyəti İrana növbəti zərbələr endirməyə hazırlamaqdır. Bu ölkənin parçalanması ssenarisi artıq 10 ildir hazırdır və tədricən icra edilir”.
Siyasətçinin yazdığına görə, generalın öldürülməsi bütün Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, şiə, müsəlman və antiamerikan qüvvələrinin həmrəyliyinə səbəb olub.
"Beləliklə, ABŞ Rusiyanı 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana girməsindən sonra olduğu kimi, müsəlman dünyası ilə qarşıdurmaya cəlb etmək istəyir", - deyə Jirinovski qeyd edib.
V.Jirinovski bildirib ki, ABŞ müasir Rusiya və Çinə zərbə endirməyə, Yaxın Şərqdəki alovun qonşu bölgələrə yayılmasına çalışır və bu, nüvə silahının tətbiq olunduğu böyük müharibəyə gətirə bilər.
“Lakin biz bunun qarşısını ala bilərik. İran Rusiyaya müraciət edə bilər, biz isə tez bir zamanda Hind okeanı sahilində öz hərbi-dəniz, hərbi-hava bazalarımızı və quru qoşunlarımızı yerləşdirə bilərik. Həmçinin İran müasir hava hücumundan müdafiə sistemini almaqla öz səmasını bağlaya bilər. İran bunu etsə, sağ qalacaq, etməsə, onu Liviyanın taleyi gözləyir. Biz bunu istəmirik, əksinə müasir və effektiv özünümüdafiə tədbirləri görməyi təklif edirik”, - deyə siyasətçi əlavə edib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-01-2020, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-01-2020, 12:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II