Şuşada saxlanılan kəlbəcərli girovların həyatı təhlükədə - SOS

2014-cü ilin iyulundan ermənilərin Şuşa türməsində girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin hazırda taleyinin necə olacağı barədə narahatlıqlar var. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı azad etməyə başlaması Şuşanın da azad ediləcəyinə inamlarını artırıb.
“Biz əminik ki, Şuşa azad ediləcək. Çox ümid edirik ki, atam Dilqəm Əsgərov və dostu Şahbaz Quliyev də Şuşa ilə birlikdə azadlığa qovuşacaqlar. Eyni zamanda bizdə belə bir narahatçılıq var ki, Qarabağı işğalda saxlaya bilməyəcəyini və uduzduğunu dərk edən Ermənistan qəzəbini həm də atamdan və Şahbaz Quliyevdən çıxsın. Bu baxımdan onların həyatına hər an təhlükənin olduğundan narahatıq”, - deyə o qeyd edib.
Kürdoğlu Əsgərov deyir ki, Azərbaycan ordusunun və Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızı azad edəcəyinə inandıqları kimi, Dilqəm Əsgərovla Şahbaz Quliyevi də sağ-salamat azad edəcəyinə inanır: “Biz əminik ki, torpaqlarımız tamamilə azad olunacaq. Sentyabrın 27-dən başlanan döyüşlərdə Azərbaycan ordusuna çoxlu sayda erməni hərbçilərinin təslim olduqları və əsir düşdükləri də məlumdur. Mən xahiş edirəm Dilqəm Əsgərovun və Şahbaz Quliyevin həmin erməni hərbçilərlə dəyişdirilməsi məsələsi qoyulsun. Mən belə olacağına inanıram. Əminəm ki, yaxın vaxtlarda ordumuz, Ali Baş Komandanımız bütün torpaqlaramızla yanaşı, Dilqəm Əsgərovu və Şahbaz Quliyevi də azad edərək xalqımızı sevindirəcək”.
K.Əsgərov dedi ki, atasından sonuncu dəfə bu il sentyabrın 4-də məktub gəlib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya nümayəndəliyinin əməkdaşları atama 4 sentyabrda baş çəkiblər. Atamın yazdığı məktubu bizə təqdim ediblər. Qısa bir məktubdur. Yazıb ki, Rusiya, Bakı, İrəvan, Təbriz xəbərlərinə radioda qulaq asıram, Rusiyadan Qızıl Xaç Komitəsinin nümayəndələri mənə ərzaq, paltar alıb gətiriblər, mənə görə narahat olmayın, mənə heç nə göndərməyin. Atam ”altda qalanın canı çıxsın" cümləsini də yazmışdı. Mən buradan Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edirəm ki, atamın və Şahbaz Quliyevin təhlükəsizliyinə təminat olması üçün onlara diqqəti indiki vaxtda daha da artırsınlar".
Xatırladaq ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda işğal altındakı Kəlbəcər rayonunda doğmalarının məzarını ziyarət etməyə gedərəkən Ermənistan işğalçı əsgərləri tərəfindən girov götürülüblər. Dağlıq Qarabağda qondarma “məhkəmə hökmü” ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev 20 il azadlıqdan məhrum ediliblər.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2020, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2020, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.