reklam
Regionxeberlericom.az » Sosial » Tahir Əmiraslanovdan ilginc AÇIQLAMALAR: - “Məni dövlətlə üz-üzə qoymağa çalışırlar”

reklam

Tahir Əmiraslanovdan ilginc AÇIQLAMALAR: - “Məni dövlətlə üz-üzə qoymağa çalışırlar”


“Hal-hazırda sağlamlığım yerindədir. Mən Azərbaycan Milli Kulinariya Assosasiyasının rəhbəri kimi öz işimin başındayam. Hamıya çatdırın ki, özümü çox yaxşı hiss edirəm. Kitablarla bağlı paylaşımımdan sonra mənim psixologiyamın pozulduğu ilə bağlı yazılar yazırlar. O insanlara səslənirəm ki, mənim son paylaşımlarımı diqqətlə oxusunlar”. Bu sözləri Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov Bizim.Media-ya açıqlamasında söyləyib.

Axırıncı paylaşımlarımda kitablarla bağlı yazdığı məqalələr və yazıların oxunmamasından gileylənən Tahir Əmiraslanovun sözlərinə görə kitabları yandırmaqla bağlı paylaşımını kitab oxumağa diqqət çəkmək üçün edib.

“Son yazılarımın oxunması üçün hətta postlara kitabların şəkillərini qoyurdum və bunlara cəmi 10 bəyənmə gəlmişdi. Əminəm ki, onların da çoxu yazımı oxumadan formal olaraq bəyənmişdilər. Camaat rəhbər olduğu müddətdə bankdakı hesablarına külli miqdarda pullar yığır, mən isə yalnız bu kitabları yığmışam və onlar mənim vəzifədə olduğum zaman yeganə qazancım olub. İndi dəli deyiləm ki, onları yandırım?”

Tahir Əmiraslanov son paylaşımı ilə bağlı əsl məqsədini də açıqlayıb:

“Birincisi, insanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.

İkincisi, "National Geographic" kimi böyük bir resursda mətbəximiz təhrif edilir. Milli Kulinariya Mərkəzi isə buna reaksiya vermir. Nüfuzlu “National Geographic” jurnalında artıq bir aydır ki, Azərbaycan milli dəyərlərinə zərbə vuran yazı çap olunub. Orada Azərbaycanın məşhur yeməklərinin çoxu erməni yeməkləri adı altında təqdim olunub, amma Azərbaycan Milli Kulinariya Mərkəzindən buna heç bir reaksiya verilməyib. Mən də artıq rəsmi şəxs sayılmadığım üçün müraciətim əhəmiyyət daşımır”.

Tahir Əmiraslanov açıqlamasında Milli Kulinariya Mərkəzinin yeni rəhbəri Orxan Fikrətoğlu ilə münasibətlərinə də aydınlıq gətirib:

“Orxan Fikrətoğlu sözü və istedadı yerində olan tanınmış yazıçıdır, amma o, kulinar deyil. Təyin ediblər və o da, işini icra edir. Orxan Fikrətoğlu da səhv edə bilər, mən də. Bundan istifadə edib bizi qarşı-qarşıya qoymaq lazım deyil. Aramızda nifaq salanlar bizə sataşmaqla məşquldur. Mən Orxan Fikrətoğluna halallıq verib çıxmışam və onunla heç bir qərəzim yoxdur. Onun mərkəz adından qazandığı uğur mənim uğurum sayılır. Çünki, o mərkəzi mən yaratmışam. 1991-ci ildə Milli Kulinariya Mərkəzini yaradaraq, 2022-ci ilə kimi 31 il mərkəzin sədri olmuşam. İndi mənim Orxan Fikrətoğluna nə isə tövsiyə etməyim niyə qəbahət sayılmalıdır ki?” Açıqlaması zamanı Tahir Əmiraslanov vəzifədən kənarlaşdırılması ilə bağlı narazı olduğunu söyləyənlərə də səslənib.

“Azərbaycanda Kulinariya sahəsində məndən çox mükafatlandırılan başqa biri yoxdur.

“Əməkdar Mədəniyyət işçisiyəm” və Azərbaycanda yeganə kulinaram ki, “Şöhrət Ordeni” ilə mükafatlandırılmışam. Olduğumdan artıq mükafatlandırılmışam və hələ də çalışıram ki, bunun əvəzini verim. Mərkəzimizin 25 illiyində hörmətli Mehriban xanım mənə təbrik göndərdi. Dövlət axı mənə nə verməyib ki, ondan narazı olum? Məni üz-üzə qoymağa çalışırlar. Mən o qədər ağılsız adamam ki, bunların qarşılığında dövlətdən və xalqdan küsüb inciyim?”

Vəzifədən çıxdıqdan sonra ondan üz çevirən biznesmenlərə də səslənən Əmiraslanov, yeni kitablarını çap etdirmək üçün onlardan dəstək istəyib

“Azərbaycan mətbəxinin tarixini əks etdirəcək kitabım hal-hazırda “Nurlar” nəşriyyatındadır və onun çapına 20 min pul lazımdır. Dövlətin, mənim və Azərbaycan mətbəxinin dərdini çəkənlər zəhmət çəkib nəşriyyatda qalan kitablarımı çap etdirsinlər.

Digər kitabım Erməni mətbəxi haqqındadır ki, bununla da biz erməniləri ifşa edə biləcəyik. Onun da çapına pul lazımdır.

Lənkaranda keçirdiyimiz elmi praktiki konfrans haqqında olan kitabın çapına isə 2 min pul lazımdır. Kitabları yandırmaqla bağlı son yazımda hay-həşir salanlara səslənirəm ki, mənim bu dərdimi dilə gətirsinlər. Şou deyil, iş arxasınca qaçmaq lazımdır”.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 15:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər