Azərbaycanda yeni radiokanal fəaliyyətə başladı

Bu gündən etibarən “Real” FM radiosu əsas yayıma çıxıb.
Bunu açıqlamasında “Real” FM radiosunun direktoru Kəmalə Onur bildirib.
Onun sözlərinə görə, dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş “Real” FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir:
“Radio səhər efirinə ötən gün və gecə saatlarında baş vermiş hadisələrin, gündəmin müzakirəsi ilə başlayır. Daha sonra dinləyiciləri hər saatın tamamında və yarısında xəbər buraxılışları, eləcə də qısa xəbərlər, reportajlar, müsahibələr vasitəsilə məlumatlandırır. Bundan başqa, yaxın zamanda radionun efirində vətəndaşların müraciətlərini aidiyyəti qurumlara çatdıraraq onların problemlərinin həllinə, suallarının cavablandırılmasına şərait yaradacaq verilişin hazırlanması nəzərdə tutulur. Axşama doğru isə yekun xəbər buraxılışında gün ərzində baş verənlərin icmalı şərh ediləcək, rəsmi qurumların açıqlamaları təqdim olunacaq. Xəbərlərlə yanaşı, efirin bir hissəni isə zövqlü musiqi bəzəyir. Dinləyicilər xəbərlər və verilişlər arasında müxtəlif zamanların ən sevilən hitlərinə qulaq asa biləcəklər”.
Kəmalə Onur qeyd edib ki, “Real” FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.
Qeyd edək ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radiokanalın adı: “Real” FM) qalib olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-05-2022, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.