Tibbi maska tələbi ləğv edildi, bəs cərimələr? - AÇIQLAMA
Məlum olduğu kimi, mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib. 2 ildən sonra maskasız həyata geri qayıdan vətəndaşlar bu xəbəri böyük sevinclə qarşılayıb. Yazılan cərimələr isə hələ də mübahisəli mövzu olaraq qalır.
Tibbi maskanın ləğvindən sonra, ona görə yazılan cərimələrin də ləğvi gözlənilirmi? Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, cərimələrin ləğv olunması gözlənilmir. O, Bizim.Media-ya açıqlamasında bu düşüncənin yanlış olduğunu bildirib:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) təşkil edir və 211-ci maddə inzibati xətalar məcəlləsindən çıxarılmadıqca tibbi maskalara görə tətbiq edilmiş cərimələrin də silinməsi hüquqi cəhətdən mümkün deyil".
Hüquqşünas cərimələrin ödənilməsinin vacib olduğunu bildirib:
"Qərar qüvvəsini alıbsa, onun icrası artıq məcburidir. Bugünə qədər protokol təyin olunduğu halda qərar yoxdursa, o halda qanunda bu qaydanın dəyişdirilməsi mümkündür. Faktiki olaraq bu gün cərimə olunanlarla bağlı qərar qəbul olunub və artıq əksəriyyətində icra olunmaqdadır. Buna görə də hər hansı qərarın ləğvi mümkün deyil və cərimələr ödənilməlidir", - deyə S.Axundov fikirlərini tamamlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2022, 10:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.