Təcrübəsi olmayan “Kendimiz”ə 70 min manat ödədilər - FOTOFAKT
“Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
regionxeberlericom.az yeniavaz.com-a istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Kendimiz” MMC (VÖEN- 1604684961) olub.
Müsabiqənin şərtlərinə görə, “Kendimiz” MMC “Respublika Narkoloji Mərkəzi”nə dəftərxana və təsərrüfat malları (qələm, pozan, blaknot, xəkəndaz, süpürgə və s.) satacaq və qarşılığında 38 min 336 manat alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
“Respublika Narkoloji Mərkəzi” tender müsabiqəsini 12.03.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “Kendimiz” MMC isə bundan cəmi bir ay əvvəl - 10.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Nizami rayonu, rüstəm Rüstəmov, ev 74”də yerləşir. Qanuni təmsilçisi Salmanov Şahmar Xanlar oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da qeyd edək ki, “Kendimiz” MMC 10 gün əvvəl “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nin keçirdiyi tender müsabiqəsinin də qalibi olub. “Kendimiz” MMC Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi”nə 31 min 503 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-04-2022, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.