Daha iki Qarabağ Qazisi nazirlikdə VƏZİFƏ TUTDULAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına üstünlük verilir.
Nazirlikdən verilən məlumata görə, bu günlərdə 44 günlük Vətən müharibəsinin daha iki qazisi - Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Nazirliyin tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunub.
Hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Prezident İlham Əliyevin Sərəncamları ilə N.Şixizadə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, C.Bağırov isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.
Ümumilikdə hazrda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2022, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.