Xalq niyə balıq tapa bilmir? - Nazirliyin xidmət rəisi ilə İttifaq sədri üz-üzə

Azərbaycan Balıqçılar İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional İdarəsi ilə birlikdə reyd keçirib. Kür çayının Şəmkir rayonundan keçən hissəsində aparılan reydlər nəticəsində kobud qanun pozuntuları aşkar edilib.
Belə ki, brokonyerlər tərəfindən tətbiqi qadağan edilən sintetik torlar, eyni zamanda motorlu reyzin qayıqlar aşkar olunub. Aşkar olunan təxminən min metrdən artıq sintetik tor müsadirə edilib.
Ümumiyyətlə, brokonyerlərə qarşı mübarizə xüsusən bu aylarda intensivləşir. Lakin onlarla bağlı görülən tədbirlərə baxmayaraq, bu məsələ köklü həllini tapmır. Görəsən brokonyerlər dediyimiz kimlərdir, onlarla mübarizə necə aparılmalıdır, onları himayə edənlər varmı?
Bütövlükdə balıq ovu sahəsində ümumi vəziyyət kafidirmi, hans problemlər mövcuddur? Son dövrlər Xəzərdə balıq da kasadlaşıb.
Bazarlarda az sayda çox yeyilən kütüm balığına rast gəlmək olur. Bu problem nədən qaynaqlanır? Qanunu pozmadan balıq ovlamaq üçün nə etmək lazımdır?
Bundan əlavə, sosial şəbəkələrdə “Şaqay” su kanalında qurulan və balıqların nəslinin kəsilməsinə səbəb olan torlar barəsində məlumatlar da yayılıb. İddia edilib ki, balıq satışı ilə məşğul olan şəxslər bu cür addım atır. Onlar balıq tutmaq üçün kanalın qarşısına tor qurur və suya müxtəlif maddələr tökürlər. Bundan sonra isə balıqlar boğulduğu üçün suyun üzünə çıxaraq tora düşürlər.
Musavat TV-nin saat 16:00-da canlı yayımlanan “Həftə içi” proqramı bu dəfə balıq ovu və brokonyerlər mövzusuna vaxt ayırır. Aparıcı Emil Salamoğlunun qonaqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə və Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev sualları cavablandırır. Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
Paylaş:
Müəllif : Yazar
Tarix:3-03-2021, 15:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-03-2021, 15:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?