Mübariz Qurbanlının yarım milyonluq tenderi – Konfranslar üçün...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Babadağ” MMC, “Zərdər” MMC və “Büllur-M” MMC ilə toplam dəyəri 528 240 AZN olan müqavilə imzalayıb.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, “Babadağ” MMC 186 500 AZN-ə “XXI əsrdən baxış: din və qadın” mövzusunda keçirəcək regional konfransların , “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda Bakıətrafı qəsəbə və kəndlərdə seminar-treninqlərin, “Zərdər” MMC 179 140 AZN-ə “Müasir reallıqlar kontekstində dövlət və din” və “Aşura mərasimləri: tarix, ənənə və müasirlik” mövzusunda seminar-müşavirələrin, “Büllur-M” MMC isə 162 600 AZN-ə “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” və “Dini maarifləndirmə sahəsində başlıca vəzifələr” mövzusunda keçiriləcək regional müşavirələrin təşkilatı işlərini həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr xidmətinin məlumatlarına görə “Babadağ” MMC 10 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.
27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 20 AZN olan “Zərdər” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Natiq Yavər oğludur.
“Büllur-M” MMC-yə gəlincə, şirkət 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.
Hər üç şirkət barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir. Lakin şirkətlərin üçünün də bu ilin fevralında yaranması diqqət çəkir. Büllur MMC ilə Babadağ MMC-nin eyni ünvanda qeydiyyatda olması da maraqlıdır. Digər tərəfdən, araşdırmalarımız zamanı bəlli olub ki, “Babadağ”ın qanuni təmsilçisi Xəyal Mustafazadə həm də “Xəmsə” MMC-nin, “Büllur” MMC-nin qanuni təmsilçisi Məmmədhüseyn Hümbətov isə həm də “Çinar-N” MMC-nin hüquqi sahibidir. Bu şirkətlər də 2020-ci ilin fevral ayında təsis edilib. Hüquqi ünvanları olaraq isə Bakı şəhəri Yasamal rayonu, Alatava 1, ev 131 göstərilib.
“Xəmsə” və “Çinar” MMC-lər bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi olub.
Şirkətlərin eyni ayda yaradılması, eyni ünvanda qeydiyyatdan keçməsi və bir neçə aydır ki, təsis edilməsinə baxmayaraq iri məbləğli satınalmaların qalibi olması müəyyən şübhələrə yol açır. Güman ki, adıçəkilən MMC-lər sadəcə “tender əməliyyatları” üçün yaradılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2020, 12:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-07-2020, 12:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?