
"Sumqayıt Nəqliyyat"da qanunlar necə pozulur - NARAZILIQ...
"Sumqayıt şəhərində büdcə vəsaitini mənimsəyərək qaçdığı deyilən "Sumqayıt Nəqliyyat" MMC-nin rəisi Xannı Rüstəmov hal-hazırda işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilsə də onun bacısı oğlunun nəzarətində olan Sumqayıt şəhərində avtobuslarda reklam işləri ilə məşğul olan şirkət hələ də qanunları pozmaqla qaz vurub qazan doldurmaqdadır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Daha sonra məqalədə bildirilir: "Belə ki, Azərbaycan Respublikasının Reklam Haqqında Qanunun 26.9 cu maddəsinə əsasən "Yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır!"
Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi Normaları"nın 6 cı maddəsinə əsasən:
6. Nəqiyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır.
Həmin Normanın 9 cu maddəsinə əsasən
Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.
Bəs o zaman bu qədər qadağalar olmasına baxmayaraq Sumqayıt şəhərində ictimai nəqliyyat sərnişinlərinin həyatı üçün təhlükə yaradan hər an aşıb kiminsə başını yara biləcək qədər ağırlığa malik, hər an avtobusun akumlyatorunun verdiyi 12 Wolta qarşı çəkə bilməyəcəyi 220 Wolt gərginliyə görə baş verə biləcək yanğına görə kim məsuliyyət daşıyır? Nəzərə almaq lazımdır ki, avtobusları sığortalayan sığorta şirkəti avtobusun zavod komplektasiyasından əlavə quraşdırılmış əlavə avadanlıqların yəni ev şəraiti üçün nəzərdə tutulmuş televizorların təqsiri nəticəsində baş verə biləcək sığorta hadisəsinə görə cavabdehlik daşımayacaq və baş verə biləcək yanğın hadisəsinə görə sığorta şirkəti heçkimə heç bir ödəniş etməyəcək. Necə ki, yaxın keçmişdə baş vermiş qısaqapanma nəticəsində yanmış 7 nömrə avtobusa görə sığorta şirkəti heç bir ödəniş ödəmədi və o vaxtkı rəis Xannı Rüstəmov büdcə vəsaiti hesabına avtobusu təmir etdirdi.
Bir neçə gün bundan qabaq Sumqayıt polisinin avtobuslardakı nəzarət kameraları vasitəsi ilə uzun müddətdir ki, silsilə cibgirliklə məşğul olan 2 nəfər oğrunu axır ki yaxalaya bilmişdilər. Sosial şəbəkələrdə yayımlanan görüntülərdən də aydın görsənir ki, bu kustar üsulla quraşdırılmış televizorlar hətta avtobuslardakı təhlükəsizlik kameralarının da qabağını kəsir ki, bu da baş verə biləcək hər hansısa bədbəxt hadisə zamanı zəruri əhəmiyyət kəsb edə biləcək görüntü kadrlarının keyfiyyətsiz olmasına səbəb ola bilər ki, bunun da məsuliyyətini kim daşıyacaqsa bilinmir. Böyük ehtimalla hər hansısa xoşagəlməz hadisə baş verəcəyi zaman bu monitorlara nəzarət edən şirkətin rəhbəri də öz dayısı Xannı Rüstəmov kimi qaçıb çıxacaq aradan. Bax o zaman hüquq mühafizə orqanları heç bir rəsmi icazə olmadan qanunsuz quraşdırılmış bu televizorlara görə zərər çəkən əhalinin qabağında mat qalacaqlar".
Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Paylaş:
Müəllif : Yazar
Tarix:22-01-2020, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər


Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 18 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi Normaları"nın 6 cı maddəsinə əsasən:
6. Nəqiyyat vasitəsinin salonunda yerləşdirilən reklam qurğularının iti küncləri, kəsici hissələri və çıxıntılı hissələri olmamalı, sərnişinlərin minib-düşməsinə maneçilik törətməməli, həmçinin həmin qurğular hava axınından, qəfil tormozlanmadan, titrəyişlərdən əmələ gələn təsirlərə davamlı olmalıdır.
Həmin Normanın 9 cu maddəsinə əsasən
Nəqliyyat vasitələrində işıqlanan tabloların yerləşdirilməsinə, nəqliyyat vasitəsindən istifadə etməklə səsli reklamın yayılmasına icazə verilmir.


Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Paylaş:
Müəllif :
Yazar
Tarix:22-01-2020, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?
