Şağan-1 sakinləri Prezidentdən kömək istəyir - GİLEY

Xəzər rayon, Şağan 1 Təzə Sahə Massivinin sakinləri ölkə Prezidenti İlham Əliyevdən kömək istəyir. Bizimxeber.az-a danışan massiv sakinləri yolların keçilməz olduğunu, zibil qutularının olmaması və bu əraziyə heç bir rəsmi qurumun nəzarət etmədiyini bildiriblər.
Sakinlər deyir ki, uzun illərdir bu küçələr bərbad vəziyyətdədir və aidiyyatı qurumlara edilən müraciətlər heç bir nəticə vermir: “Artıq vəziyyət dözülməz həddə çatıb. Uşaqlar məktəbə, bağçaya gedə bilmirlər. Rayon icra başçısı, Bələdiyyə sədri və kənd icra nümayəndəliyi ümumiyyətlə, bu ərazini görməzdən gəlir. Sözümü deməyə adam tapa bilmirik”.
Massiv sakinləri onu da bildirib ki, küçəni dəfələrlə öz vəsaitləri hesabına düzəlməyə cəhd ediblər: “Hər il qonşular pul yığıb küçəni qismən düzəldirik. Amma yağışlar yağan kimi küçə bərbad hala düşür.”
Ən acınacaqlı hal budur ki, hansı quruma müraciət edilsə cavabları olduqca aqressiv olur. Xəzər rayon icra başçısının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əfsər Mirzəliyevin cavabı bilirsiz nədir? – “Məktub yazın cavab verək”. Bu şöbə müdirinin danışıq tonundan aydın bəlli olur ki, ərazinin bu vəziyyətdə olması onları qətiyyən narahat etmir. Bu kimi məmurlar sadəcə özlərini və ciblərini fikirləşirlər. Belə vəzifə sahibləri üçün “düzələcək” deyib insanları yola salmaq adi hala çevirilib.
Massiv sakinləri problemin aradan qaldırılması üçün Prezident İlham Əliyevdən kömək istəyir. Yaxın günlərdə Xəzər rayon, Şağan 1 Təzə Sahə Massivinin sakinləri adından ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlanacaq…

Paylaş:
Müəllif : Yazar
Tarix:16-01-2020, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-01-2020, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:30
Bu gün, 11:21
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?