Şəhid atasının ürəkağrıdan durumu... - "Ürəyim istəyir ət alıb yeyəm, görürəm pulum çatmır"

Şamaxının Quşçu kəndində yaşayan Əzməmməd Əzməmmədov şəhid atasıdır. Oğlu Faiq Əzməmmədov 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə həlak olub.
regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, bu evdə o, oğlu və nəvələri də daxil olmaqla 9 nəfər yaşayır. Ev 3 otaqlı olsa da, onun yalnız iki otağından istifadə edirlər. Çünki digəri yaşamaq üçün yararsız haldadır.
O, yaşa və şəhid ailəsi olduğuna görə ayda ümumi 500 manat pensiya alır. Amma bu, 9 nəfərlik külfəti saxlamağa bəs eləmir.
“Arada ürəyim ət istəyir, amma ala bilmirəm”- deyir Ə.Əzməmmədov.
O, ailəni dolandırmaq üçün həyətində təsərrüfat yaradıb. Deyir, məhsula elə qiymət qoyurlar ki, satanda sərf eləmir.
2007-ci ildə şəhid ailələri üçün tikilən binadan bir otaqlı mənzil də Əzməmmədovlar ailəsinə verilib. 2012-ci ildə yoldaşı xəstələnəndə evi satıb onun müalicəsinə xərcləyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov təklif edir ki, şəhid atası nazirliyə müraciət etsin, məsələ araşdırılsın.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2019, 12:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-11-2019, 12:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:26
Bu gün, 08:25
Bu gün, 08:20
Dünən, 09:59
30-08-2025, 09:38

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib