İsmayıllı sakinlərindən şikayət: "Avtobuslar yoxdur, taksilərin ümidinə qalmışıq"
İsmayıllı sakinləri şəhərdaxili avtobusların az olmasından şikayətlənirlər.
Bu barədə danışan sakinlər qeyd edirlər ki, onlar taksilərin ümidinə qalıblar.
Vətəndaşların sözlərinə görə, taksi qiyməti ən qısa məsafə üçün iki manatdır:
"İsmayıllını digər şəhərlərlə əlaqələndirən avtobus marşrutları yoxdur. Rayon mərkəzində yaşayanlar evdən bazara getmək üçün ya piyada uzun məsafə qət etməlidirlər, ya da taksiyə minməlidirlər. Rayon sakinlərindən bir nəfər şəxsi avtobusu ilə fəaliyyət göstərir, amma bir ədəd marşrut kimin dərdinə dərman ola bilər? Avtobusu bir saatdan çox gözləyirsən ki, gəlsin. Əvvəllər fəaliyyət göstərən marşrutlar da rayonun ancaq mərkəzi küçələrində hərəkət edirdilər. Rayon daxilində yerləşən kəndlərə gediş-gəliş yox idi. Rayon camaatının ümumiyyətlə marşrutla bağlı problemləri bir deyil, iki deyil".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən bildirilib ki, İsmayıllı şəhərində hər birində bir nəqliyyat vasitəsi olmaqla iki marşrut xətti fəaliyyət göstərir:
"Eyni zamanda, İsmayıllıdan Lahıc və Basqal qəsəbələrinə, Xankəndi, Qalacıq, Hacıhətəmli və Qalagah kəndlərinə rayondaxili marşrut xətləri mövcuddur.
Sərnişinlər İsmayıllı-Gəncə, İsmayıllı-Göyçay, İsmayıllı-Sumqayıt, İsmayıllı-Bakı müntəzəm şəhərlərarası marşrut xətlərinin xidmətindən istifadə edərək səfərlər həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur. İsmayıllı rayonu üzrə də geniş təhlillərin aparılması, ictimai nəqliyyat şəbəkəsinin daha əlçatan olması ilə bağlı işlərin aparılması nəzərdə tutulub". (Oxu.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:21-03-2025, 13:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?