Bu vurhavurda manatın AQİBƏTİ NECƏ OLACAQ? - GƏLİŞMƏ

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyaları ABŞ dollarının dominantlığını tədricən zəiflədə və beynəlxalq valyuta sisteminin daha da parçalanması ilə nəticələnə bilər.
Qeyd olunur ki, dollar Ukraynada davam edən müharibə və Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyalar fonunda əsas qlobal valyuta olaraq qalmaqda davam edəcək, lakin qlobal valyuta sisteminin kiçik səviyyədə parçalanması mümkündür. O, müharibənin rəqəmsal maliyyənin, o cümlədən kriptovalyutaların, "stablecoin"lərin və mərkəzi bankların rəqəmsal valyutalarının istifadəsinin genişlənməsinə təkan verəcəyini bildirib.
Eyni zamanda qlobal ticarətdə digər valyutaların daha çox istifadəsi mərkəzi bankların ehtiyat aktivlərinin diversifikasiyasına səbəb ola bilər. Dia.az xəbər verir ki, mövzunu Bizim.Media üçün şərh edən maliyyə eksperti Əkrəm Həsənov BVF-nin proqnozunun yaxın illər üçün olmadığını qeyd edib:
“Ümumən, ABŞ dollarının dominant mövqeyinin onsuz da zəifləyəcəyi gözlənilirdi. Bununla bağlı əvvəllər də proqnozlar irəli sürlüüb. Təbii ki, belə geosiyasi konfliktlər də buna öz təsirini göstərir. Lakin bu uzunmüddətli prosesdir və yaxın illərdə baş verəcək məsələ deyil. Bu hələ xeyli davam edəcək”.
Ekspert mümkün dəyişikliklərin manata təsirlərini də analiz edib:
“Bu proses yaxın vaxtlarda Azərbaycan manatı üçün təhlükə törətmir. Əksinə, dollar konflikt dönəmində daha da güclənəcək. Lakin bu o demək deyil ki, vəziyyət belə də davam edəcək. Çünki neftin də qiyməti bahalaşır və Azərbaycanın da əsas valyuta gəlirləri neftlə bağlıdır. Ona görə də bizim manat üçün təhdid yoxdur. Lakin uzunmüddətli prosesdə, 5-10 illik dövr ərzində dünyada ciddi dəyişikliklərin baş verməsi mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2022, 09:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.