Manat dollar qarşısında bahalaşa bilər? - Mərkəzi Bankdan AÇIQLAMA
Neftin qiymətinin yüksəlməsi valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.
Manatın xarici valyutalar qarşısında dəyərini müəyyən edən əsas göstəricilərdən biri də neftin dünya bazarındakı qiymətidir. Ötən həftə ərzində “Azeri Light” markalı Azərbaycan nefti dünya bazarında son illərin rekordunu yeniləməklə bahalaşaraq 135,99 dolları təşkil etdi. Növbəti dövr üçün neftin qiymətinin 100 ABŞ dollarından yuxarı həddə qalacağını nəzərə alsaq, bunun manatın ABŞ dollarına qarşı məzənnəsində dəyişikliyə, eləcə də manatın ABŞ dolları qarşısında dəyər qazanmasına təsir edə bilmə ehtimalı ilə bağlı Mərkəzi Bank tərəfindən açıqlama verilib.
Bildirilib ki, Azərbaycanda əldə olunan neft gəlirlərinin çox hissəsi Dövlət Neft Fondunda toplanır və dövlət büdcəsində öncədən təsdiq edilmiş transfertlər çərçivəsində xərclənir. Əlavə edilib ki, bu baxımdan son vaxtlar sürətlə yüksələn neft qiymətləri valyuta bazarına əsasən məzənnə gözləntilərini yaxşılaşdırmaq vasitəsilə təsir edir: “Neftin qiymətinin yüksəlməsi strateji valyuta ehtiyatlarını artırmaqla valyuta bazarının orta və uzunmüddətli dövrə tarazlığını dəstəkləyir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2022, 17:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.