reklam
Regionxeberlericom.az » Hadisə » Toyda faciə: bəy gəlini, baldızı, qayınanası və özünü öldürdü - VİDEO

reklam

Toyda faciə: bəy gəlini, baldızı, qayınanası və özünü öldürdü - VİDEO















Tailandda sərxoş olduğu iddia edilən paralimpiyaçının evləndiyi qadını, onun anası və bacısını güllələməsi, daha sonra isə silahı özünə tərəf çevirməsi nəticəsində toy faciə ilə başa çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Hadisə ötən şənbə günü yerli vaxtla saat 23.25 radələrində ölkənin şimal-şərqindəki Van Nam Kheo rayonunda baş verib.

Toya gələn qonaqlar yeni evlənən 29 yaşlı Çaturonq Suksuk və 44 yaşlı Kançana Paçuntuek arasında mübahisəni müşahidə ediblər.

Mübahisə keçmiş hərbçi olan bəyin “əlillik qayğıları” səbəbindən yaranıb.

Bildirilir ki, 29 yaşlı kişi maşınına tərəf qaçıb və 9 mm-lik tapança ilə geri qayıdaraq atəş açıb. O, gəlini, onun 62 yaşlı anasını və 38 yaşlı bacısını güllələyib.

Daha bir qonaq təsadüfi güllə ilə öldürülüb, bir nəfər isə ağır yaralanıb.

Üstəlik, bəy özünü də güllələyib.

Hadisə yerinə gələn xilasedicilər rəqs meydançasında yerə uzanan cəsədləri görüblər. Polis orada 11 mərmi tapıb.

Bu cür aqressiv hərəkətlərin səbəbi dəqiq müəyyən edilməsə də, qonaqlar "olduqca sərxoş olan" bəyin, gəlinin onu başqasından üstün tutacağından qorxduğu üçün bu addımı atdığını deyirlər.

70 yaşlı qonşu güllə səsləri eşitdiyini, lakin qonaqların atəşfəşanlıq etdiyini düşündüyünü deyib.




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 09:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər