reklam
Regionxeberlericom.az » Hadisə » Qadın həkimi vuran qazi həbsdən çıxıb: - “Səsi silib, görüntünü saxladılar ki...”

reklam

Qadın həkimi vuran qazi həbsdən çıxıb: - “Səsi silib, görüntünü saxladılar ki...”


Ötən il əlilliyin təyinatı ilə bağlı komissiyada qadın həkimə əl qaldıran qazi Şəmail Mustafayev əlilliyin təyin edilməsi ilə bağlı yenidən müraciət edib. Məlumata görə, Bərdə rayon sakini, Qarabağ müharibəsi iştirakçısı Şəmail Mustafayev Cebhe.info-ya bildirib ki, bunun üçün bütün sənədləri hazırlayıb:

"Sənədlərimi hazırlamışam. 2016-cı ildə mənə əlillik təyin olunmuşdu. Bunlar mənə deyirlər ki, 2009-cu ildən 2016-cı ilə qədər guya mənim müalicəm olmayıb. "Forma 88"də mənim müalicələrim hamısı yazılıb. Məhkəmə Tibbi Ekspertiza da mənim “kontuziya” aldığım haqqında rəy verib.

Diaqnostika İnstitutunda 6 saat qapalı otaqda saxladılar. Oradakı müayinə də təsdiqləyir, əlimdə sənədlərim var. Bir ayda 16 dəfə epilepsiya keçirirəm, çölə-bayıra çıxmıram, dərmanlarla yaşayıram. İndi deyirlər ki, yenidən tibb müəssisəsinə qaytarılsın, sənəd düzgün doldurulmayıb. Həkim deyir ki, biz hər şeyi yazmışıq, sadəcə, bəhanə edirlər".

Qadın həkimə əl qaldırdığı üçün bir il həbs cəzası alan qazi hərəkətinə haqq qazandırmasa da, ona “vicdansız” deyilməsinə dözmədiyini deyib:

"2021-ci ildə əlilliyim ləğv edildi, dərmanlarım kəsildi. Buna görə 4 dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı şəkildə müraciət elədim. Oradan bildirdilər ki, əlillik təyin olunmayana qədər dərmanlar verilməyəcək. Aradan 6 ay keçdi. Həmin hadisə də onda oldu. İş saatından sonra məni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1-ci mərtəbəsində yerləşən əyani müayinə otağına çağırdılar. İş saatından sonra olmuş hadisədir.

Mən də dedim pensiya məni maraqlandırmır, heç olmasa, dərmanlarım verilsin. Buna vicdanla qərar verin. Qadın həkim isə elə bir vəziyyət yaratdı ki, xəstə adamı özündən çıxartdı. Qadına əl qaldırmazlar. Amma həkim dedi ki, bizim vicdanımız məlumdur, Qarabağda döyüşənlərdə vicdan yoxdur. Mən özüm zabitəm, qucağımda neçə-neçə əsgərlərimiz şəhid olub. Oğlum hazırda Laçında döyüş bölgəsindədir. Mən dövlətimizi, vətənimizi, ona olan sevgini heç vaxt heç nəyə dəyişmərəm. Buna görə bir i 11 ay 28 gün həbs olundum. Görüntünün səsini silib, yalnız görüntünü saxladılar. Məhkəmədə də dedim ki, hər şey göründüyü kimi deyil".

O, əlilliyinin saxta olması iddiasına da münasibət bildirib:

"Guya mənim əlilliyim saxtadır. Bunlar da öz təsdiqini tapmadı. Rayon məhkəməsi də təsdiqlədi ki, bu adam xəstədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işi Gəncə Ali Məhkəməsinə verib. Ayın 8-i orada olacağam. Bütün sənədlər notariusdan çıxmış şəkildə əlimdə var ki, həqiqətən də mən kəllə-beyin travmalı xəstəyəm. Bizim vətənpərvər insanlarımıza qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə belə edir, başa düşə bilmirəm".

Xatırladaq ki, 2021-ci ildə Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şəmail Mustafayev müayinə zamanı gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri vurub. Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə iş açılıb və Binəqədi rayon Məhkəməsinin hökmü ilə o, məhkəmə zalındaca həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 16:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər