İstanbulda azərbaycanlı qadın güllələndi - Foto

İstanbulun Avcılar rayonunda Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın şəxsiyyəti hələlik müəyyən olmayan şəxs tərəfindən güllələnib.
Bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.
Hadisənin ötən gün saat 22:00 radələrində Dənizköşklər məhəlləsində baş verdiyi bildirilir. Naməlum şəxs tərəfindən Azərbaycan vətəndaşı Hüsniyyə Bayramovaya tapança ilə atəş açılıb və o, ayağından yaralanıb.
Sol diz qapağından yaralanan Bayramova təcili yardımla Bakırköyə aparılaraq Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Bayramovanın yanında olan qadın dindirilmək üçün polis bölməsinə aparılıb.
H. Bayramovanın qonşusu isə onun bir dostu ilə birlikdə yaşadığını deyib: “Axşam 22:00 radələri idi. Silah səsini eşitmədik. Polislər gəldilər. Qonşum birinci mərtəbədə qalırdı, əcnəbi idi. Ayağından güllələnibmiş. Bir dostu ilə qalırdı. Onun vurub-vurmadığını bilmirik. Təcili yardımla xəstəxanaya yerləşdirdilər”.

Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2022, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB