Aysel Şükür partlayış olan klub sahibi ilə yazışmalarını YAYDI - FOTO
Xəbər verdiyimiz kimi, “Location” klubdakı partlayışda yaralan bloger Aysel Şükürova obyekt sahibi Elşən Səfərovdan şikayət edib.
Bloger ona vəd edilən xərclərin ödənilməməsi ilə bağlı paylaşım edib. O, xəstəxana xərclərinin ödənilmədiyini bildirib. Bloger bu dəfə E.Səfərovla yazışmasını paylaşıb. O bildirib ki, klub sahibləri əvvəl ondan 15 gün vaxt istəyib, sonra sözlərini tutmayıblar:
"Deməli, evimə qədər gəlib yalvardılar ki, şikayətçi olmayın, ortada Rəsul (obyekti icarəyə götürən şəxs) var, dostunuzdur. Rəsulun adından istifadə edib, şirinlik edib məndən 15 gün vaxt istədilər. O 15 gün, bu 15 gün. Sonra nə telefonumu verdilər, nə də xəstəxana xərclərini qarşıladılar. Elşən və Rəşad...
Halbuki evimə girib, çayımı içib, üzr istəyib, dəymiş ziyanı ödəyəcəklərini dedilər. Mən də Rəsula görə 15 gün vaxt verdim. 15 gündən sonra bizi yenə doladılar. Qanunları çox gözəl bilirəm: yanan insanın nə qədər ala biləcəyini qanunla gözəl bilirəm. Amma Rəsula görə keçdim, dedim, ancaq xəstəxana xərclərini və telefonlarımı qaytarın. Çünki xəstəxana pullarımı ailəm qarşılayır, o pulu qaytarmalıyam. Telefonlarım da orada yanıb, itib, batıb. Amma yenə də oralı olmadılar. Əllərini, qollarını sallaya-sallaya şəhərdə gəzirlər. Mənə dəymiş ziyanı isə heç kim ödəmək istəmir. Gah dedilər, rəhmətə gedənlərin yaslarını qarşılayırlar, gah dedilər onların evlərinə bazarlıq edirlər. 2 ay keçib. Hələ də bunların vecinə deyil".
Qeyd edək ki, partlayış “Location” gecə klubunda aprelin baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-06-2022, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?