Su quyusu qazdırıblar, işıq pulunu verə bilmirlər - Kənddə narazlıq

Şəmkir rayon Aşağı Seyfəli kənd sakinləri şəxsi vəsaitləri hesabına qazdırdıqları subartezian quyularının dövlətin balansına keçirilməsini tələb edirlər.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Təssərrüfatla məşğul olan kənd sakinləri əkdikləri məhsulu sulamaq üçün şəxsi vəsaitləri hesabına qazdıqdıqları subartezian quyularından istifadəyə görə daha artıq vəsait ödəməli olurlar. Ona görə də kənd sakinləri həmin quyuların dövlətin balansına keçməsini istəyirlər. Onlar məsələ ilə bağlı icra hakimiyyətinə, müvafiq idarələrə müraciət etdiklərini desələr də, problem həll olunmayıb.
Məsələ ilə bağlı Cebhe.info-ya Şəmkir İcra hakimiyyətinin Aşağı Seyfəli kənd üzrə nümayəndəsi Oruc Qarayev danışıb. O, məsələnin həllinə dair müsbət cavabın olmadığını deyib:
“Bizim kənddə şəxsi vəsait hesabına vurulan artezianlar bir neçədir. Onun da balansa alınması Nazirlər Kabinetinin sərəncanı ilə mümkündür. Biz də, vətəndaşlar da müraciət etmişik. Vətəndaşların özləri də eyni qurumlara və Nazirlər Kabinetinə müraciət ediblər. Hələki müsbət cavab yoxdur. Şəxsi vəsait hesabına çəkdiklərinə görə balansda deyil.
Sakinlər quyu qazdıranda həmin məsələləri bilirdilər, dəfələrlə sakinlərə o məsələlər izah olunur ki, dövlət balansında deyil və sərf olunan işığa görə şəxsi vəsaitlərindən yenə də pul ödəyəcəklər. Bu məsələ razılaşdırılmalı və onlar bunu balansa götürülməlidir. Şəmkir rayonu üçün ildə 15-20 artezian quyusu nəzərdə tutulub, o da balanslaşdırılıb və susuzluqdan əziyyət çəkən ərazilərə təyinini qurumlar müəyyən edirlər. Vətəndaşlar özləri istəyirlər ki, həyətyanı sahələrində, bağlarında su quyusu olsun, bunun üçün müraciət edib, quyunu qazdırırlar. Sora da balansa götürülməsinə dair müsbət cavab gəlmir. Sakinlər də bunu bilə-bilə quyunu qazdırırlar, ona görə də sərf etdikləri enerjiyə görə ödəniş etməli olurlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2022, 10:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.