Kürdəmirdə polis əməliyyat keçirdi - rayon sakinlərindən silah və narkotik götürüldü
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayon sakini Rauf İslamov saxlanılıb. Ona məxsus çay evinə keçirilən baxış zamanı oradan bir ədəd atəşə yararlı “Revolver” tipli tapança, bir ədəd pnevmatik silah və bir ədəd daraq aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Kürdəmir rayonu Muradxan kənd sakini Ramiz Abdullayev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, idarə etdiyi nəqliyyat vasitəsindən isə heroin və marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilib.
Faktlarla bağlı hər iki şəxs barəsində Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2022, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.