Ukraynada polis zabiti olan azərbaycanlı, ailəsi ilə itkin düşüb - FOTO
Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb.
Bu barədə "report"a R.Musayevin qohumu Sabina Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlayıblar. “Ruslan və ailəsi ilə sonuncu dəfə martin 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb”.
S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: “Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martin 24-dən onunla əlaqə saxlaya bilirik. Amma təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2022, 20:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.