reklam
Regionxeberlericom.az » Hadisə » Arvadını güllələyib öldürdü, qonşusunu yaraladı

reklam

Arvadını güllələyib öldürdü, qonşusunu yaraladı


Yevlaxda 48 yaşlı kişi arvadını güllələyərək öldürüb, qonşusunu yaralayıb.

Rayon prokurorluğundan verilən məlumata görə, bu gün Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin odlu silahla Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
9-02-2022, 15:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər