Bu rayonda torpaq sürüşməsi aktivləşdi

Astarada torpaq sürüşmələrinin aktivləşməsi kənd sakinlərinin işini çətinə salır.
Sürüşmənin fəallığı xüsusilə rayonun Pensər kəndində daha çox müşahidə edilir.
regionxeberlericom.az-un ONA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, rayonun Pensər kəndində vətəndaşlara məxsus torpaqlar sürüşmə nəticəsində dağılaraq Pensər çayına tökülür.
Torpaq sürüşməsi ən çox kəndin əsas yoluna aid ərazidə müşahidə olunur. Burada çay kənarında sahilbərkitmə işləri aparılsa da, sürüşmə nəticəsində beton plitələr yerindən çıxaraq aşıb. İrigövdəli ağaclar da torpaq qatının yumşalması nəticəssində kökündən çıxıb. Ərazidə sürüşmənin aktivliyinin qarşısı alınmazsa, kənd yolu üçün ciddi problemlər yarana bilər.
Xatırladaq ki, cənub bölgəsində yağan aramsız yağışlar Astara ilə yanaşı, Lənkəran, Cəlilabad və Yardımlı rayonlarında da torpaq sürüşmələrinə səbəb olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-04-2019, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-04-2019, 14:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 15:06
Dünən, 10:26
18-08-2025, 12:40

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”