Polis əməkdaşını vuranın KİMLİYİ BƏLLİ OLDU - Vəzifəli şəxs imiş...

Hacıqabulda polis əməkdaşını avtomobillə vuran sürücü saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.00 radələrində Hacıqabul rayonu ərazisində karantin rejimi ilə əlaqədar qurulan 2 stasionar postda qaydaları kobud şəkildə pozaraq polis əməkdaşını avtomobillə vuran sürücü və sərnişinlər saxlanılıb.
Araşdırmalar zamanı hadisəni törədən sürücünün Tərtər sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsində çalışan Məmmədov Elşad Malik oğlu olması müəyyən edilib. O, idarə etdiyi “Mercedes” markalı, 10 OO 018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda polisin saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Bundan başqa o, təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə də məhəl qoymayaraq posta daxil olub və həmin postda xidmət aparan Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub.
Sürücü tutularkən onun birlikdə karantin rejimini pozan 2 sərnişini - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseynzadə Natiq Namiq oğlu və Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Fətəliyev Anar Akif oğlu da saxlanılıblar.
E.Məmmədov saxlanılarkən Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilin arxa şüşəsini də sındırıb.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
saat 13:28
Hacıqabulda karantin rejimində xidmət aparan polis nəfərini avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Karantin rejimində xidmət aparan polis nəfəri, 1997-ci il təvəllüdlü Mirzəli Mirzə Nofil oğlunu dayanma əmrinə tabe olmayan “Mercedes” markalı avtomobil vurub. Nəticədə xəsarət alan polis əməkdaşı Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerindən qaçan “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2020, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-04-2020, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO