Azərbaycanda DƏHŞƏTLİ QƏTL: bıçaqladı, maşınla üstündən keçdi, meyitini... - YENİLƏNİB

İmişlidə törədilən qətlin təfərrüatları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Quliyev Emin Elsevən oğlu mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Mikayıl oğlunu qətlə yetirib.
Bu il yanvarın 7-də rayonun Ağamalılar kəndi ərazisində Kür çayına avtomobil düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Çaya düşən “QAZ-3110” markalı, 90 DX 310 dövlət nömrə nişanlı avtomobilin İmişli sakini, 39 yaşlı Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu məlum olub.
İstintaq zamanı müəyyən edilib ki, yanvarın 7-də Əzizov Zaur Mikayıl oğlu tanışı İmişli sakini, 26 yaşlı Quliyev Emin Elsevən oğlunu pul üstündə bıçaqlayıb. Bundan sonra E.Quliyev Z.Əzizovun əlindən bıçağı alaraq onun qarın və baş nahiyəsinə zərbələr endirib. Daha sonra E.Quliyev maşınla Z.Əzizovun üstündən keçərək onu öldürüb və meyitini atla sürüyərək İmişlinin Ağamalılar kəndi ərazisində kolluq əraziyə atıb. Avtomobilini isə Kür çayına yuvarlayıb.
Z. Əliyevin meyiti tapılaraq ərazidən götürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən Emin Qulyev saxlanılıb.
Faktla bağlı İmişli rayon Prokuroluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
***
10:31
İmişlidə qətl hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Emin Elsevən oğlu Quliyev mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Zakir oğlunu bıçaqla qətlə yetirib.
Qətlin təfərrüatları barədə əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:30
Dünən, 11:21
6-09-2025, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?