Gecəki dəhşətli qəzanın görüntüləri - Video

Xəbər verdiyimiz kimi, ötən gecə Sabunçu rayonu Maştağa qəsəbəsində “BakuBus” MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, idarəetmədən çıxan avtobus Maştağa qəsəbəsi Nizami küçəsində yerləşən mağazaya çırpılıb. Avtobus mağazanı dağıdaraq arxa tərəfdəki həyətyanı sahəyə daxil olub.
“Bakubus” MMC-dən saytımıza bildirilib ki, ilkin ehtimala görə, hadisə sürücünün sükan arxasında səhhətinin pisləşməsi səbəbindən baş verib:
“Ötən gecə saat 23:20 radələrində “Bakubus” MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb.
İlkin ehtimala görə, nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürəktutma ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:31-01-2025, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?