Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? - Video

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü, 3 ton 210 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub.
Açıqlanan rəsmi statistikada bildirir ki, bu dövürdə xarici ölkələrə 10 kiloqram nərə balıqlarının kürüsü ixrac etmişik.
İdxal olunan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 302 dollar (514 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 4 dollar (6,8 manat) olub.
İxrac etdiyimiz nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri isə 1809,5 dollar (3176 manat) olub.
Xaricdən gətirilən nərə balıqlarının kürüsü Çinin payına düşüb. Xaricə satdığımız nərə balıqlarının kürüsünü isə 2 ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına yola salmışıq.
İdxal olunan balıq kürüsünün əvəzedicilərini isə Belarus, Rusiya, Almaniya, İran və Lüksemburqdan gətirmişik. Balıq kürüsünün əvəzediciləri ən çox Rusiyadan idxal edilib və 1 kiloqramının gömrük dəyəri isə 2,5 dollar (4,2 manat) olub.
Məlumat üçün onu da bildirək ki, balıq kürüsünün əvəzediciləri əsasən jelatindən hazırlanır. Latın dilindəki "gelatus" sözündən gələn jelatin "dondurulmuş" mənasını verir. Jelatin heyvan mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. Əsasən donuz, inək dərisindən, həmçinin heyvan sümüklərinin qırıntısından alınır. Jelatin qida sənayesində, yapışqan istehsalında, kitab istehsalında, dərman və kosmetika sənayesində və s. geniş istifadə olunur.
Jelatindən kürü əvəzedicisinin hazırlanması isə olduqca asandır. Sosial şəbəkələrdə jelatindən saxta kürünün necə hazırlandığını göstərən onlarla video mövcuddur.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2024, 18:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...