Bu gün İlaxır çərşənbəsi qeyd olunur
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd olunur.
Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.
Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və yenilənir.
Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarırlar. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır - ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı düşüb “papaqatma” mərasimini icra edirlər. Papaq atılandan sonra gizlənirlər.
Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir./Oxu.az
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2024, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?