reklam
Regionxeberlericom.az » Gündəm » Gədəbəydə ŞOK: Hərbi hissə komandiri ermənidən qalma borulara ƏL QOYDU - Müdafiə Nazirliyi İZAHAT VERMƏLİDİR...

reklam

Gədəbəydə ŞOK: Hərbi hissə komandiri ermənidən qalma borulara ƏL QOYDU - Müdafiə Nazirliyi İZAHAT VERMƏLİDİR...

























Tarixən əhalisi azərbaycanlı olan Başkənd kəndinin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdülər. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. Ərazisi 61 km² olan Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Beləliklə, Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290[4] km² oldu…

İndi Başkənddə başqa “müharibə” başlayıb. Bu dəfə Azərbaycan hərbçiləri ilə Azərbaycan polisi arasında. Başkənd sakinlərinin verdikləri məlumata görə, kənddə əkin əkən sakinlər vaxtilə ermənilərin çəkdikləri köhnə yeraltı su borularını aşkarlayıblar. Hər birinin uzunluğu 5 metr, diametri 300 mm olan, ümumi sayı 43 ədəd, və 215 metr uzunluğu olan «asinkovı» boruları çıxarıb yol çəkilişinə istifadə etməyə cəhd göstəriblər. Bu vaxt hadisə yerinə hərbçilər gəlib və boruların daşınmasını qadağan ediblər. Kənd sakinləri polisi çağırıblar. Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin Saratovka qəsəbəsi üzrə Polis Bölməsinin rəisi Yaşar İsmayılov da gəlib. Bu vaxt Yaşar müəllimlə «MTO-nun zampaliti» arasında insident yaşanıb. Zabit rəisə, əəəə deyə qışqıranda, Yaşar İsmayılov yumruqla onu təhqir edən zabitin ağzını partladıb. Daha sonra hər iki tərəfdən – yəni, həm hərbçilərdən yeni dəstə, həm də polis naryadı gəlib və aralarında əməlli-başlı əlbəyaxa çarpışma düşüb. Sakinlərin sözlərinə görə, dalaşanların sayı 100-ə yaxın olub. Boruları maşından düşərkən xəta baş verib. Hərbçilər arasında yaralananlar olub. Hadisə yerinə bir neçə təcili yardım maşını gəlib.(Hadisənin tam videosu var. Bəzi səbəblərə görə təqdim edə bilmirik)

Hazırki vəziyyət belədir ki, hərbçilər öz postlarını buraxıb ermənilərdən qalan boruları mühafizə edirlər. Yəqin ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı boruların aqibətinin müəyyənlkəşdirilməsini təmin edəcək. Lakin kənddə dolaşan başqa bir məlumata görə, borulara keçmiş briqada komandiri, hazırda də məsul vəzifədə çalışan Oruc adlı komandir əl qoyub və hərbçilərə də göstərişi o verdirib.

Həmin boruların dəyərini İcra Hakimiyyətin məsul şəxsləri 14000 manata dəyərləndiriblər.





Paylaş:


Müəllif : Tarix:
12-10-2022, 11:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər