Ev tikmək istəyənlərə PİS XƏBƏR - Bahalaşma dalğası olacaq
Son vaxtlar inşaat materialları bazarında qiymət artımı müşahidə olunur. Xüsusən taxta və taxta materiallarının qiymətlərində bahalaşma daha çox nəzərə çarpır. Satıcılar və alıcılar bahalaşmanı müxtəlif səbəblərlə izah edir. Bəzilərinə görə qiymət artımı başlıca olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə əlaqədar bu növ materiallara həddən artıq tələbatın olması ilə bağlıdır.
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, hazırda inşaat bazarında tələbat olduqca çoxdur:
“Satışda olan inşaat materiallarının bəzilərində həm yerli, həm də xarici istehsal var. Bizdə bu gün müəssisələr istehsal gücündən aşağı işləyir. Amma tələbat yetərincə var. İqtisadiyyatın 1 nömrəli qaydası isə odur ki, tələbat yüksəkdirsə və bazarda inhisarçılıq varsa, mütləq şəkildə qiymətlər qalxır. Taxta və taxta məhsullarına gəldikdə isə, bu materiallar əsasən bizə Rusiyadan gətirilir. Burada isə bəzi problemlər var. Bildiyiniz kimi, Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində ödənişlər və pulların köçürülməsində müəyyən problemlər yaşanır. Bu problemlərin ucbatından hardasa əsaslandırıb bahalaşmaya səbəb olan məqamı da qeyd etmək olar”.
Ekspertin fikrincə, bazarda inhisarçılıq höküm sürdüyü üçün bahalaşma davam edəcək:
“Amma ümumilikdə inşaat sektorunda tələbat həddən artıq çoxdur. Tək işğaldan azad edilmiş ərazilərdə deyil, Bakı və ətrafında da kifayət qədər inşaat işləri aparılır. Düşünürəm ki, bu aspektdən bahalaşma dalğası davam edəcək. Tələbat isə qiymətin artmasına səbəb olan başlıca göstəricilərdən biridir. Bu o zaman tənzimlənə bilər ki, bazarda bolluq yaranar və sağlam rəqabət formalaşar. Çünki azad bazar iqtisadiyyatında eyni məhsulun satışı zamanı rəqabət formalaşır və qiymətlər bu rəqabətə uyğun tənzimlənir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-05-2024, 22:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?