Rusiya-Ukrayna müharibəsinin Azərbaycana təsirləri: - hər şey bahalaşır, əhali müflisləşir!
İqtisadçı Xalid Kərimli Rusiya-Ukrayna müharibəsinin Azərbaycana göstərdiyi iqtisadi təsirlərdən "Sherg.az"a danışıb. O qeyd edib ki, bizim həm Rusiya, həm də Ukraynada çalışan çoxlu vətəndaşlarımız var idi:
“Onlar öz qazanclarının bir hissəsini kömək məqsədilə bura, öz ailələrinə göndərirdilər.Ukraynada çalışan o şəxslər hazırda didərgin düşüb. Bir hissəsi də vətənə qayıdıb. Rusiyada yaşayan soydaşlarımız ötən il təqribən 600 milyon dollar öz ailələrinə pul göndəriblər. Bu, çox ciddi sosial dəstəkdir. Rusiyada isə valyutanın dəyərsizləşməsi həmin vətəndaşlarımıza ağır zərbə oldu".
Ekspert hər iki ölkə ilə olan ticarət dövriyyəmizə diqqət çəkib:
"Rusiya bizim qeyri-neft ixracımızın əsas marşrutu, təyinat nöqtəsidir. Bu məqamda Rusiya əhalisinin kasıblaşması da bizə problem yaradır. Nəzərdə tutulan qeyri-neft ixracının artımı çətinləşir. Qeyri-neft ixracı Azərbaycan üçün çox önəmli məsələdir.
Biz Rusiya və Ukraynada məhsullar, xüsusən də ərzaq məhsulları ,taxıl alırdıq.Ukrayna artıq bu mövzuda bizə yardım edə bilmir. O indi öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Rusiya isə müxtəlif məhdudiyyətlər qoyur, beləcə qiymət artımı baş verir. Hazırda dünyada taxıl, ağartı məhsulları, duru yağ bazarında da ciddi bahalaşma var. Bu müharibə bundan sonra da ölkəmizin ərzaq xərclərinə ciddi təsir göstərəcək".
X.Kərimli Rusiya-Ukrayna müharibəsinin dünyada inflyasiyanın həcmini, əmtəələrin qiymətini artırdığını, eyni zamanda, ərzaq məhsullarının qiymətini də kəskin bahalaşdırdığını vurğulayıb:
"Azərbaycan iki milyard dollarlıq məhsulu Rusiyadan, 450 milyon dollar civarında ərzaq məhsulunu isə Ukraynadan idxal edirdi. Həmçinin hazırda Rusiyadan ölkəmizə gətirilən tikinti materiallarında müəyyən bahalaşmalar var".
İqtisadçının sözlərinə görə, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi birbaşa Azərbaycan əhalisinin yaşayış səviyyəsinə, dolanışığına ciddi təsir göstərir.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2022, 14:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.