13 ÖLKƏ UKRAYNANIN HAVA MƏKANININ MÜDAFİƏSİ ÜÇÜN BİRLƏŞDİ... - "Birgə müdafiə bəyanatı imzaladılar”

13 ölkənin parlamentariləri “Ukraynanın hava hücumundan müdafiə sisteminin təcili modernləşdirilməsinin zəruriliyi haqqında” birgə bəyanat imzalayıblar.
Bu məlumatı Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk verib.
“Bu gün dostlarımız - Çexiya, Estoniya, Polşa, Fransa, Gürcüstan, Almaniya, İrlandiya, Latviya, Litva, Niderland, İsveç, Böyük Britaniya, ABŞ parlamentariləri birgə müdafiə bəyanatı imzaladılar” - o bildirib.
Stefançukun sözlərinə görə, bəyanatda qeyd olunur ki, bütün bu ölkələr Ukraynanın yanındadır və ölkənin müdafiəsinə qalxacaqlar.
O əlavə edib ki, dünyanın müxtəlif ölkələrinin nümayəndələri Ukraynada sülhün bərqərar olması üçün qətiyyətli addımların atılmasını tələb edirlər. Məhz Ukraynanın hərbi və mülki müdafiəsini dəstəkləmək, hava məkanını qorumaq və Ukrayna ərazisində Rusiya texnikasının hərəkətini dayandırmaq tank və zenit silahların tədarükü ilə edilə bilər: “Humanitar yardım göstərin - atəşə tutulan və bombalanan Ukrayna şəhərlərinə ərzaq və dərmanların çatdırılmasını təmin edin, yaralıları və qaçqınları xilas edin. Bütün qonşu dövlətlər üçün təhlükə yaradan Ukrayna nüvə obyektlərini qoruyun. Rusiyanın Cenevrə Konvensiyaları ilə tələblərə əməl etmək məsuliyyətini dərk etməsi vacibdir”. (publika.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:22-03-2022, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.