Eldar Mahmudovun əmisi oğlunun pulları müsadirə olundu
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovla bağlı məhkəmə qərarı dəyişdirilib.
RegionXəbərləri.com "qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun bank hesabındakı pullar müsadirə edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məhkəmədə dövlət ittihamçısının apellyasiya protesti təmin olunub. Bakı Hərbi Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilərək V.Mahmudova məxsus “Kapital Bank” hesabında olan pul vəsaitlərinin xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə hökm çıxarılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilsə də, ittiham olunduğu bir sıra maddələr üzrə ona cəza təyin olunmamışdı. Belə ki, məhkəmə hədə-qorxu ilə tələb etmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə ona bəraət vermişdi. Vəzifə saxtakarlığı ittihamı üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün isə ona cəza təyin olunmamışdı. O, 2 illik müddəti istintaq müddətində həbsdə keçirdiyinə görə, məhkəmə zalından azadlığa buraxılmışdı.
Vüqar Mahmudov MTN-in polkovnik leytenantı olub. Onun adına “Kapital Bank”ın Sabunçu filialında 127 min manat, həyat yoldaşının adına isə 1,2 milyon manata yaxın vəsait olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2022, 12:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.