Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi tək döyməyib - AÇIQLAMA

Deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi tək döyməyib.
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, hadisə zamanı Xaçmazın keçmiş icra başçısı, hazırda Yeni Azərbaycan Partiyasının yerli təşkilatının sədri olan Şəmsəddin Xanbabayevin Mənsur adlı sürücü də orada olub. İddialara görə, keçmiş icra başçısının sürücüsü artıq saxlanılıb.
Qaynarinfo məsələ ilə bağlı Şəmsəddin Xanbabayevlə əlaqə saxlayıb.
- Şəmsəddin müəllim, iddia olunur ki, deputat Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevi döyərkən sürücünüz Mənsur da ona yardımçı olub…
- Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm.
- Yəni, təsdiqləyirsiniz ki, sürücünüz hadisə zamanı həmin restoranda olub?
- İndi deputatın maşını olmayıb, mənim şəxsi maşınımda gedib. O restoran da burda yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Orda olub hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim.
- Məlumat yayılıb ki, sürücünüz artıq saxlanılıb…
- Niyə? Günahı nədir?
- İddia olunur ki, o da polis əməkdaşını vurub.
- O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm, o, davakar adam deyil. Sadəcə deputat mənim maşınımda gedib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 16:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.